logo

“Eurovision 2023”ün loqo və şüarı təqdim olunub

16:56 31-01-2023 | icon 5397
“Eurovision 2023”ün loqo və şüarı təqdim olunub

Bu il İngiltərənin Liverpul şəhərində keçiriləcək “Eurovision 2023: Liverpul” mahnı müsabiqəsi üçün ürəklərin birlikdə döyünməsini əks etdirən loqo və "United by Music" adlı rəsmi şüar təsdiqlənib.

YeniAvropa xəbər verir ki, mayın 9-u və 11-də müsabiqənin yarımfinal mərhələsi, mayın 13-də isə final mərhələsi keçiriləcək.

Qeyd edək ki, müsabiqədə ötən il Ukrayna qazansa da, ölkədəki müharibə səbəbindən Britaniyada keçirilməsinə qərar verilib. Hər iki ölkənin bayrağı rəng sxemi üçün loqoda ilham mənbəyi kimi istifadə edilib.