logo

İctimai nəqliyyatda gediş haqqı 40 qəpik olacaq

16:36 31-01-2023 | icon 2009
İctimai nəqliyyatda gediş haqqı 40 qəpik olacaq

Metroda sərnişindaşıma tarifi 10 qəpik artırılmaqla 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik).

YeniAvropa-ya bildirilib ki, yeni tariflər Tarif (qiymət) Şurasının yanvarın 31-də keçirilən növbəti iclasında təsdiq edilib.

Qərar 2023-cü il 3 fevral tarixindən qüvvəyə minir.