logo

Sabahdan məktəblərdə dərslər başlayır

11:55 31-01-2023 | icon 3367
Sabahdan məktəblərdə dərslər başlayır

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2022-2023-cü tədris ili üzrə başlayan qış tətili bu gün başa çatır.

YeniAvropa xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edib.

Tətildən sonrakı ilk dərs günü sabah, fevralın 1-də olacaq.

Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilib.