logo

Koronavirus xəstələrlə çalışan həkimlərin maaşına əlavənin müddəti uzadılıb

15:55 28-01-2023 | icon 1547
Koronavirus xəstələrlə çalışan həkimlərin maaşına əlavənin müddəti uzadılıb

Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqqına əlavənin müddəti uzadılıb.

YeniAvropa xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov Qərar imzalayıb.

Belə ki, “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarda dəyişiklik edilib.

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin ödənilməsi müddəti 2023-cü il martın 1-dək uzadılıb.