Azərbaycanın Xarici İşlər Nazirliyi(XİN) İsrailə bu ölkədə törədilmiş terror aktı ilə bağlı başsağlığı verib.
YeniAvropa xəbər verir ki, bu barədə XİN-in "Twitter" hesabında paylaşım edilib.
“Yerusəlimin Neve Yaakov məhəlləsindəki Sinaqoqda terror hücumunu şiddətlə qınayırıq. Həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, - Azərbaycanın xarici siyasət idarəsi başsağlığıda qeyd edib.
Qeyd edək ki, Yerusəlim şəhərində sinaqoqa silahlı hücum zamanı 8 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.
Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs güllələnib.
Hücum terror aktı kimi qiymətləndirilir.