logo

Bu gün koronavirusa qarşı 328 doza vaksin vurulub

17:57 27-01-2023 | icon 1673
Bu gün koronavirusa qarşı 328 doza vaksin vurulub

Yanvarın 27-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 328 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 153, ikinci doza vaksinlərin sayı 42, üç və daha çox doza vaksinlərin sayı 120, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 13-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 941 min 530, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 401 min 951, ikinci mərhələ üzrə 4 milyon 876 min 839, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 397 min 560, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 180-dir.