logo

Azərbaycanda daha 24 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

17:32 27-01-2023 | icon 1617
Azərbaycanda daha 24 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 24 yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 541 nəfər müalicə olunaraq sağalıb, 10 min 80 nəfər vəfat edib. Aktiv xəstə sayı 226 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 413, bu günə qədər isə ümumilikdə 7 milyon 481 min 325 test icra olunub.