İran səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
Yanvarın 27-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu ilə əlaqədar olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
XİN-in mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu və “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.
Bu xüsusda, İranın səlahiyyətli qurumları tərəfindən terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunması, terror aktının hərtərəfli araşdırılması, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qətiyyətlə tələb olunub.
Görüşdə habelə, son zamanlar İranda ölkəmiz əleyhinə planlı şəkildə anti-Azərbaycan kampaniyasının aparılmasından təəssüf hissi keçirildiyi, baş verənlərin onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirdiyi diqqətə çatdırılıb.
İran səfiri Seyid Abbas Musəvi Azərbaycan səfirliyinə qarşı baş verən silahlı hadisəni kəskin şəkildə pisləyərək baş verənlərdən dərin kədər hissi keçirdiyini, səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verdiyini bildirib.
Səfir görüşdə habelə İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığı, ətraflı məlumatın istintaq prosesi başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacağını vurğulayıb.
BMT-nin yüksək səviyyəli iclasında Ermənistanın ekoloji terrorundan danışılıb
Cüdoçularımız Antalya “Böyük dəbilqə”sində mübarizəyə başlayırlar
Azərbaycanlıların 1918-ci il soyqırımından 105 il ötür
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 110-cu günü
Ceyhun Bayramov Fələstin prezidenti ilə görüşüb
Azərbaycan və Fələstin XİN başçılarının görüşü olub
UEFA Türkiyənin üç klubunu cəzalandırıb
Ceyhun Bayramov Fələstinin baş naziri ilə görüşü olub
Müdafiə Nazirliyi:İranın ittihamı əsassız və tamamilə qəbuledilməzdir
Paytaxtda şimal küləyi 38 metr/saniyəyədək güclənəcək
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiqinə başlayıb
Fələstində nümayəndəliyin açılması əməkdaşlığı yeni mərhələyə çıxaracaq-XİN
Cüdoçularımızın Antalya “Böyük dəbilqə”sindəki ilk rəqibləri bəlli olub
Bu gün 355 doza vaksin vurulub
Azərbaycanda daha 69 nəfər koronavirusa yoluxub,4 nəfər ölüb
Rusiyanın xarici işlər naziri Türkiyəyə səfər edəcək
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr təyin edilib
Azərbaycanda Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb
XİN:Ermənistan hərbi qüvvələrini Azərbaycandan tamamilə çıxarmalıdır
Azərbaycan və Fələstin XİN başçılarının Ramallahda görüşü olub
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni binasının açılışında iştirak edib
Ceyhun Bayramov İsrail prezidenti ilə görüşüb
Əlixan Smayilov yenidən Qazaxıstanın baş naziri təyin edilib
Macarıstan şirkəti Azərbaycanda enerji içkiləri istehsal edəcək
Sabah Bakıda sulu qar yağacaq, temperatur 7°-yə enəcək