logo

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs tutulub

14:14 27-01-2023 | icon 854
Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs tutulub

İranın hüquq-mühafizə orqanları Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsi saxlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Tehranın polis idarəsinin rəisinə istinadla məlumat yayıb.

Bakı vaxtı ilə 8:30-da iki uşağı ilə diplomatik nümayəndəliyə daxil olan şəxs səfirliyin əməkdaşlarını “Kalaşnikov” avtomatı ilə atəşə tutub. Hücum nəticəsində mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki mühafizəçi isə yaralanıb.

Hücum edən şəxs dindirilmə zamanı cinayətin motivinin şəxsi və ailə problemləri ilə bağlı olduğunu bildirib. Təhqiqat davam edir.