Bakıda xorvat şairinin kitabı təqdim olunub
Yanvarın 24-də Bakı Kitab Mərkəzində xorvat şairi Draqo Ştambuk ilə görüş keçirilib. Görüş çərçivəsində onun Azərbaycan dilinə tərcümə edilmiş “Zefir” şeir toplusunun təqdimatı olub.
YeniAvropa xəbər verir ki, əvvəlcə Xorvatiyanın ölkəmizdəki səfiri Branko Zebic şair, həkim-diplomat Draqo Ştambuk haqqında iştirakçılara məlumat verib. “Bu gün “Zefir” adlı kitabının təqdimatını keçirdiyimiz xorvatiyalı həkim, şair və səfir Draqo Ştambuk tibb sahəsi üzrə təhsil alıb. O, Zaqreb şəhərində daxili xəstəliklər, qastroenterologiya və hepatologiya üzrə ixtisasa yiyələnib. 1983-cü ildən Londona köçüb və orada fəaliyyət göstərib. Ştambuk burada qaraciyər və QİÇS xəstəliklərinin tədqiqi ilə məşğul olub. 1991-ci ildə Xorvatiya müstəqilliyini elan etdikdən sonra xeyli müddət diplomat kimi fəaliyyət göstərib. Draqo Ştambuk, eyni zamanda, məşhur şairdir, bir çox dilə tərcümə edilmiş 70-dən çox şeir kitabının müəllifidir. Bu gün təqdim olunan kitab Xorvatiyanın Mədəniyyət və Media Nazirliyi, həmçinin Xorvatiya şirkətlərinin dəstəyi ilə nəşr edilib", - deyə o bildirib.
Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxışında deyib ki, “Zefir” şeir toplusu çox dəyərli kitablardandır: "Bu kitabı oxumaqla insanların Draqo Ştambukun bir şair kimi düşüncələrini, onun yaradıcılığını daha dərindən tanımağa imkanları olacaq. Kitab ilk dəfə olaraq Azərbaycan dilində nəşr olunub və bu, çox sevindirici haldır. İlklər heç zaman unudulmur və buna görə də Ştambuku təbrik edirəm".
Daha sonra təqdim olunan kitabı fars dilindən Azərbaycan dilinə tərcümə edən İlqar Əlifoğlu, “Söz” ədəbi layihəsinin yaradıcısı, ictimai xadim, şairə Nigar Həsənzadə, yazıçı-dramaturq İlqar Fəhmi "Zefir" kitabı haqqında danışaraq, onun Azərbaycan dilinə tərcümə edilməsinin gözəl bir addım olduğunu vurğulayıblar.
Şair Draqo Ştambuk “Zefir” kitabı haqqında danışaraq, onun poeziyasına qiymət verən tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Tədbirdə xorvat şairi Draqo Ştambukun Azərbaycan dilinə tərcümə olunmuş “Zefir” şeir toplusundan bədii qiraət nümunələri də səsləndirilib.
Laçın-Xankəndi yolundan bu gün 48 avtomobil maneəsiz keçib
Güləşçimiz Taleh Məmmədov Xorvatiyada qızıl medal qazanıb
Güləşçimiz Taleh Məmmədov Xorvatiyada qızıl medal qazanıb
Azərbaycan və Monteneqro hava əlaqələri haqqında Saziş imzalayıb
Qubada ağır avtoqəza: ölən və yaralanan var
Sabahdan Rusiyanın neft məhsullarının Avropa İttifaqına ixracına qadağa qoyulur
Ukrayna 116 hərbçisini əsirlikdən qaytarıb
Bu gün 433 doza vaksin vurulub
Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Sinoptiklərdən xəbərdarlıq:Dağlıq rayonlarda yollar buz bağlayacaq
İlham Əliyev deputat Anatoliy Rafailova “Şöhrət” ordeni verib
Sabah Bakıda 9° isti olacaq
Dövlət sərhədini pozan 2 İki Əfqanıstan vətəndaşı saxlanılıb
Rusiya və Belarus idmançıları Paris Olimpiyadasına buraxılmayacaqlar?
Milli Məclisin Aparatı vakant vəzifələrə müsabiqə elan edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Cüdoçularımız Paris“Böyük dəbilqə”sində mübarizəyə başlayırlar
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 55-ci günü
İrandakı səfirliyimizə qarşı terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslər təltif olunub
Narkotika daşıyan kuryer şirkətinin əməkdaşları saxlanılıblar
Ceyhun Bayramov macarıstanlı həmkarı ilə görüşüblər
Azərbaycandan Rumıniyaya 1 milyard m3 qaz nəqlinə dair Saziş imzalanıb
Azərbaycanın Aİ-nin bərpaolunan enerji ixracatçısına çevrilmək potensialı var
Avropa İttifaqı Azərbaycanla çox yaxşı əməkdaşlıq edir
Soçidə MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək