logo

Avropa İttifaqı Ukrayna ordusuna Polşada təlim keçəcək

22:12 23-01-2023 | icon 1806
Avropa İttifaqı Ukrayna ordusuna Polşada təlim keçəcək

Avropa İttifaqı(Aİ) Ukrayna hərbçilərinin Polşada təlim keçməsi üçün Avropa Sülh Fondundan 45 milyon avro ayıracaq.

YeniAvropa xəbər verir ki,, bu barədə Avropa Xarici İşlər nazirliklərinin rəhbərlərinin Brüsseldə keçirilən görüşündən sonra Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel jurnalistlərə bildirib.

O, həmçinin Kiyevə 500 milyon avro məbləğində hərbi yardımın yeni tranşının ayrıldığını da açıqlayıb.

Onun sözlərinə görə, münaqişə başlayandan bəri Aİ-nin Ukraynaya yardımının ümumi həcmi 49 milyard avroya çatıb. “Beləliklə, Aİ bu göstərici üzrə dünyada birinci yerdədir”, - deyə J.Borrel vurğulayıb.