Ötən gün Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatında Türkiyə yığma komandasının tərkibində çıxış edən Azərbaycan əsilli idmançı Ramil Quliyev 200 metr məsafəyə qaçışda Avropa çempionu olması barədə xəbərr vermişdik.
YeniAvropa Türkiyəi KİV-nə istinadla xəbər verir ki, Ramilin bu qələbəsi ölkə prezidentinin diqqətindən qaçmayıb. Rəcəb Tayyib Ərdoğan telefonla zəng edərək Ramili qələbə münasibətilə təbrik edib.
Xatırladaqki, dünən Ramil Quliyev 200 metr məsafəni 19,76 saniyəyə qaçaraq Avropa çempionu olmaqla bərabər, həm də Türkiyənin rekordunu təzələyib.
Qeyd edək ki, R.Quliyev bu il Aralıq dənizi oyunlarında və “Brilyant Liqa” yarışlarında da birinci olmuşdu. Ötən il isə o, dünya çempionatında qızıl medal qazanıb.