logo

Bu gün Azərbaycanda 445 doza vaksin vurulub

16:57 17-01-2023 | icon 2352
Bu gün Azərbaycanda 445 doza vaksin vurulub

Yanvarın 17-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 445 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 218, ikinci doza vaksinlərin sayı 65, üç və daha çox doza vaksinlərin sayı 133, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 29-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 938 min 242, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 400 min 315, ikinci mərhələ üzrə 4 milyon 876 min 361, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 396 min 596, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 970-dir.