logo

İran prezidentindən Şimali Koreyaya xəbərdarlıq: “ABŞ-a etibar etməyin”

18:51 09-08-2018 | icon 2611
İran prezidentindən Şimali Koreyaya xəbərdarlıq: “ABŞ-a etibar etməyin”

İran prezidenti Həsən Ruhani KXDR-in xarici işlər naziri Li Yon Ho ilə görüşdə bildirib ki, ABŞ etibar ediləsi tərəfdaş deyil.

YeniAvropa xəbər verir  ki, bu haqda İranın dövlət afentliyi olan İRNA məlumat yayıb. Həsən Ruhani deyib: “Son illərdə ABŞ-ın hərəkətləri ona gətirib çıxarıb ki, Amerika administrasiyası dünyada üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən etibarsız tərəfdaş kimi tanınır”.

Qeyd olunduğuna görə, Li Yon Ho avqustun 7-də İrana rəsmi səfərə gəlib.