logo

Qara görə imtahana gələ bilməyən tələbələrə təkrar imtahan üçün şərait yaradılacaq

12:54 09-01-2023 | icon 4095
Qara görə imtahana gələ bilməyən tələbələrə təkrar imtahan üçün şərait yaradılacaq

Qarlı hava şəraiti nəzərə alınaraq Azərbaycan Memarlıq və İnşaat Universitetində gecikən tələbələrin imtahanlarda iştirakı təmin olunur.

AzMİU-dan YeniAvropa-ya bildirilib ki, bu barədə universitetin rəhbəri tərəfindən qərar qəbul edilib. Həmçinin kəskin hava şəraiti ilə əlaqədar imtahana gələ bilməyən tələbələr üçün şərait yaradılacaq. Onlar üçün həftəsonu imtahanlar keçiriləcək. Əvvəllər isə yarım saat gecikən tələbələr imtahanlara buraxılmırdılar.

Qeyd edək ki, yanvarın 5-dən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bakalavr və magistratura (əyani) səviyyələrində 2022/2023-cü tədris ilinin payız semestrının imtahan sessiyası başlayıb. İmtahanlarda bakalavr səviyyəsi üzrə 7658, magistratura səviyyəsi üzrə isə 990 tələbə iştirak edir.

Bakalavr səviyyəsində təhsil alan tələbələr xüsusi qabiliyyət tələb olunan fənlərdən fakültələrdə, digər fənlərdən yazılı və test üsulu, magistratura səviyyəsində təhsil alan tələbələr isə yazılı, şifahi və test üsulu ilə imtahan verirlər. İmtahanların yüksək səviyyədə təşkil olunması üçün ümumilikdə 10 auditoriya ayrılıb.