logo

Salyanda "Opel" “Ford”la toqquşdu: 1 ölü, 2 yaralı 

19:49 27-12-2022 | icon 6216
Salyanda "Opel" “Ford”la toqquşdu: 1 ölü, 2 yaralı 

Salyanda mikroavtobus və minik maşını toqquşub. Qəza zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

 YeniAvropa xəbər verir ki, yol-nəqliyyat hadisəsi saat 17 radələrində Ələt-Astara magistralının Salyan rayonu Şorsulu kəndindən keçən hissəsində baş verib. "Opel" markalı minik maşını yolun kənarında dayanan “Ford” markalı mikroavtobusa çırpılıb. Qəza nəticəsində Lerik rayon sakini İmaşov Həsən Mənsim oğlu ölüb, iki nəfər isə yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.