Sabah Bakıda 9° isti olacaq
Azərbaycanda dekabrın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 771 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər Lənkəran-Astara zonasında havanın az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 7-12° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacağı ehtimal edilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, dağlarda 6°-dək şaxta, gündüz 5-10° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə havanın yağıntılı olacağı, az qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı proqnozlaşdırılır. Gecə yollar buz bağlayacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6° şaxta, dağlıq ərazilərdə 10°-dək şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 7-12° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntı tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 8-11° isti, dağlarda gecə 1-3°, gündüz 5-7° isti olacağı ehtimalı var.
Cevdet Yılmaz Türkiyənin vitse-prezidenti vəzifəsinin icrasına başlayıb
Naxçıvanda aqroparklar yaradılacaq
Azərbaycanda daha 1 nəfər koronavirusa yoluxub
Türkiyədən Naxçıvana təbii qaz xətti çəkiləcək
Səməd Seyidov AŞ PA-nın həmməruzəçiləri ilə görüşüb
Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı təsdiqlənib
Ermənistan Türkiyə ilə danışıqlarda heç bir ilkin şərt irəli sürməyib
İranda saxlanılan Fərid Səfərli ilə görüşün təşkili istiqamətində iş aparılır
Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı istintaq davam edir
Əli Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
İyulda Moskvada üçtərəfli formatda növbəti görüş keçiriləcək
II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub
Sabah Bakıda arabir yağış yağacaq, 28° isti olacaq
Regionda sülhün əldə edilməsi qaçılmazdır-Ceyhun Bayramov
Müdafiə Nazirliy artilleriya rəislərini toplayıb
"Əziz Şuşa" beynəlxalq velosiped turniri keçiriləcək
Azərbaycanda vahid məktəbli formasına keçilir
Faktiki hava: Gədəbəy və Qubaya dolu düşüb
İşğaldan azad edilən ərazilərdə daha 51 mina aşkarlanıb
İyunun 10-dan IV sinif şagirdlərinin monitorinqi aparılacaq
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 77 nəfər saxlanılıb
Bakıda hərbi sursat tapılıb
Gəncədə axtarışda oldan qadın intihar edib
Şagirdlərin elektron yerdəyişməsi dayandırılır
Rəsmi Bakı Ermənistan Təhlükəsizlik Şurasının katibinə cavab verib