logo

Azərbaycanda bu gün 263 doza vaksin vurulub

18:48 23-12-2022 | icon 3129
Azərbaycanda bu gün 263 doza vaksin vurulub

Dekabrın 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 263 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 89, ikinci doza vaksinlərin sayı 39, üç və daha çox doza vaksinlərin sayı 108, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 27-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 929 min 246, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 395 min 89, ikinci mərhələ üzrə 4 milyon 875 min 247, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 394 min 416, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 494-dür.