logo

Azərbaycanda daha 84 nəfər koronavirusa yoluxub

18:19 23-12-2022 | icon 2989
Azərbaycanda daha 84 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 84 yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 825 min 821 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 219 nəfər müalicə olunaraq sağalıb, 10 min 2 nəfər vəfat edib. Aktiv xəstə sayı 600 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 506, bu günə qədər isə ümumilikdə 7 milyon 416 min 537 test icra olunub.