logo

Bu gün 294 doza vaksin vurulub

18:31 21-12-2022 | icon 2667
Bu gün 294 doza vaksin vurulub

Dekabrın 21-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 294 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 90, ikinci doza vaksinlərin sayı 51, üç və daha çox doza vaksinlərin sayı 131, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 22-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 928 min 470, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 394 min 799, ikinci mərhələ üzrə 4 milyon 875 min 99, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 394 min 127, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 445-dir.