logo

Yanvarın 1-dən bir sıra tibbi mərkəzlər Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək

11:11 20-12-2022 | icon 2709
Yanvarın 1-dən bir sıra tibbi mərkəzlər Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək

Prezidentin 2018-ci il 20 dekabr Fərmanına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirir.Fəaliyyətimizin əsas məqsədi tabeli tibb müəssisələrində tibbi xidmətlərin təşkili və keyfiyyətin yüksəldilməsidir.

YeniAvropa xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB – Tibdə müasir keyfiyyət mərhələsi: Real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında deyib.

V.Qurbanov qeyd edib ki, ““Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini TƏBİB müəyyən edir.

TƏBİB Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin operatoru funksiyalarını həyata keçirir, habelə “Elektron hökumət” portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə çıxışını və göndəriş barədə məlumatların Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə ötürülməsini təmin edir.

Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri (TƏBİB-in tabeliyində olan tibb müəssisələri) tərəfindən icbari narkoloji müayinədən keçirilirlər.

Hərbi xidmətə könüllü daxil olan, çağırış üzrə hərbi xidmət keçən və orqanlarda xidmət keçən vətəndaşların tibbi müayinəsinin və müalicəsinin aparıldığı dövlət tibb müəssisələrində də TƏBİB ilə razılaşdırılmaqla hərbi-həkim komissiyaları yaradıla bilər”.

Gələn ildən TƏBİB tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində rəqəmsallaşdırılma işlərinin yekunlaşdırılmasını və dövlət proqramlarının icrasını və həmin proqramlarda nəzərdə tutulmuş qaydada dərman vasitələrinin təchizatını təmin edəcəyini, eyni zamanda TƏBİB-in tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin dayanıqlı maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcəyini bildirən V.Qurbanov, “2023-cü il yanvar ayının 1-dən etibarən Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək”,-deyə bildirib.