Dekabrın 19-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 927 min 861, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 394 min 615, ikinci mərhələ üzrə 4 milyon 874 min 997, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 393 min 861, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 388-dir.