logo

Azərbaycanda cari ildə 29,8 milyon ton neft, 42,5 milyard m3 qaz hasil edilib

15:35 15-12-2022 | icon 2191
Azərbaycanda cari ildə 29,8 milyon ton neft, 42,5 milyard m3 qaz hasil edilib

Cari ilin 11 ayında operativ məlumatlara görə, hasil edilmiş 29,8 milyon ton neftin 24 milyon tonu ixraca nəql edilib.

YeniAvropa xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.

Pərviz Şahbazov bildirib ki,bundan əlavə, cari ildə 42,5 milyard kubmetr qaz hasil edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artıqdır.

Ölkədə hasil edilən qazın 20,1 milyard kubmetri ixrac olunub.