logo

"DÇ-2022" : Xorvatiya və Mərakeş milliləri III yer uğrunda üz-üzə gələcəklər

09:09 15-12-2022 | icon 6902
"DÇ-2022" : Xorvatiya və Mərakeş milliləri III yer uğrunda üz-üzə gələcəklər

Futbol üzrə Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsində Fransa seçməsinə 0:2 hesabı ilə məğlub olub.

YeniAvropa xəbər verir ki, komanda üçüncü yer uğrunda görüşdə Xorvatiya yığması ilə qarşılaşacaq. Matç dekabrın 17-də Dohadakı “Xəlifə” stadionunda oynanılacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Finalda isə Fransa və Argentina yığmaları üz-üzə gələcəklər. Dekabrın 18-də “Lusail” stadionunda keçiriləcək oyunun start fiti saat 19:00-da səsləndiriləcək.