logo

Bəxtiyar Hacıyev yenə saxlanılıb

15:55 09-12-2022 | icon 4543
Bəxtiyar Hacıyev yenə saxlanılıb

Vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289- cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.

 YeniAvropa xəbər verir ki, bu barədə mətbuatın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

B.Hacıyev barəsində qətimkan tədbiri seçilməsi üçün bu gün məhkəməyə göndərilib.

 Qeyd edək ki, bundan əvvəl Bəxtiyar Hacıyev avqustun 22-də saxlanılmışdı.