logo

Ermənilər DSX-nin Zəngilandakı mövqelərini atəşə tutub

15:30 09-12-2022 | icon 1365
Ermənilər DSX-nin Zəngilandakı mövqelərini atəşə tutub

Dekabrın 8-də saat 21:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində, Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And və Tsav yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini iri çaplı silahlardan fasiləsiz olaraq atəşə tutub.

Qurumun mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, görülmüş cavab tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurulmuşdur. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarətindədir.

Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirir.