logo

Tovuzda Gənclər Təşkilatlarının V Konqresi keçirilib

14:58 09-12-2022 | icon 1449
Tovuzda Gənclər Təşkilatlarının V Konqresi keçirilib

Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə Gənclər Paytaxtı Tovuz şəhərində Gənclər Təşkilatlarının V Konqresi keçirilir.

YeniAvropa xəbər verir ki, dekabrın 8-dən 10-dək davam edəcək Konqres ənənəvi olaraq gənclər təşkilatlarının bir araya gətirilməsi, onların problem və təkliflərinin dinlənilməsi, birlikdə bir çox innovativ layihə və fəaliyyətlərin təşkili, həmçinin təşkilatlar və dövlət qurumları ilə birgə gənclər siyasətinin müzakirə edilməsi kimi önəmli mövzuları özündə cəmləşdirir.

Konqresin əsas məqsədi gənclər təşkilatlarının yeni tərəfdaşlıq əlaqələri qurmalarına dəstək olmaq, gənclərlə iş və gənclər siyasəti ilə bağlı aktual mövzular haqqında fikir mübadiləsi aparmaq, gənclər təşkilatlarının idarəedilməsi sahəsində yeni mexanizmlərin yaradılmasını təmin etməkdir.