Media-QHT əməkdaşlığı barədə müzakirələr aparılıb
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində 2022-ci il üzrə Qrant müsabiqələrində qalib olan və mediada təmsil olunan bir qrup QHT rəhbərləri ilə “Vətəndaş cəmiyyəti: yeni çağırışlar” adlı görüş keçirilib.
YeniAvropa xəbər verir ki, əvvəlcə Agentliyin məsul əməkdaşları Elnur Bağırlı və Leyla Rəhimova QHT rəhbərlərini qurumun yeni binası ilə tanış edib, fəaliyyəti barədə məlumat veriblər.
Tədbirdə çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva bildirib ki, bu gün qlobal dünyada media dövlətlərin müdafiə və nəzarət mexanizmi kimi çıxış edir. Bu baxımdan təşkil edilən görüş QHT-lərin fəaliyyətinin işıqlandırılması üçün media ilə əməkdaşlıq mühitinin yaradılmasına faydalı olacaq. Həmçinin sosial media ilə işin düzgün qurulmasına dəstək üçün təkliflərin verilməsinə və bu istiqamətdə müxtəlif fəaliyyətlərin icrasına təkan verəcək. Media-QHT əməkdaşlığının inkişafı məsələlərinə toxunan A.Əliyeva bildirib ki, bu əməkdaşlığın uğurlu olması ümumilikdə vətəndaş cəmiyyətinin inkişafı baxımından çox önəmlidir. Təsadüfi deyil ki, Agentliyin 2022-ci ildə kiçik qrant müsabiqəsi çərçivəsində dəstək verdiyi layihələr içərisində media sahəsində maarifləndirmə işlərinin görülməsi məsələsi də yer alıb və QHT-lər tərəfindən bu layihələr uğurla icra edilib.
Daha sonra Agentliyin Layihələr departamentinin müdiri Elnur Bağırlı qurumun fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.
Sonra görüş “Vətəndaş cəmiyyəti: yeni çağırışlar” mövzusu ətrafında qarşılıqlı diskussiya şəklində davam edib və mövzu ilə bağlı təkliflər səsləndirilib.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır