İndoneziyanın Lombok adasında 7 maqnituda gücündə baş verən zəlzələdə ölənlərin sayı durmadan artmaqdadır. Zəlzələ nəticəsində həlak olanların sayı artıq 82 nəfərə çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Reuters" məlumat yayıb.
Təbii fəlakət nəticəsində minlərlə yerli sakin və turist təxliyə edilib.
Qeyd edək ki, ötən həftə eyni bölgədə baş verən 6,4 gücündə zəlzələdə 16 adam həyatını itirib.