logo

İndoneziyada zəlzələ nəticəsində 16 nəfər ölüb

22:37 05-08-2018 | icon 2618
İndoneziyada zəlzələ nəticəsində 16 nəfər ölüb

İndoneziyanın Lombok adasında 7 maqnituda gücündə baş verən zəlzələ nəticəsində 16 nəfər həyatını itirib.

YeniAvropa "Anadolu" informasiya agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Mataram şəhərindən şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan olunub.

Qeyd edək ki, ötən həftə eyni bölgədə baş verən 6,4 gücündə zəlzələdə 16 adam həyatını itirmiş və bölgədə turistik məqsədlə olan mindən çox alpinist etibarlı bölgəyə evakuasiya edilmişdi.