Xarici şirkətlər Gürcüstanda neft axtarırlar
Gürcüstanda fəaliyyət göstərən bəzi xarici şirkətlər bu ölkənin ərazisində neft yataqları olduğunu iddia edirlər və bununla əlaqədar olaraq axtarışlara da başlanılıb.
YeniAvropa yerli “İmedi” telekanalına istinadla xəbər verir ki, bu barədə Gürcüstan Neft və Qaz Korporasiyasının rəhbəri Giorgi Tatişvili məlumat verib.
G.Tatişvili bildirib ki, İspaniyanın “Repsol İspan” şirkəti Gürcüstan ərazisində neft yataqlarının olması barədə bu ölkənin müvafiq strukturlarına məlumat verib və axtarış - qazma işləri, tədqiqatlar aparmaqda maraqlı olduğunu bildirib.
Onun sözlərinə görə, Gürcüstanda çalışan digər xarici şirkətlər neft axtarışında maraqlıdırlar.
G.Tatişvili deyib: “Təxminən bir ay əvvəl “Repsol İspan” şirkəti Gürcüstanda neft yataqlarının olması perspektivləri haqqında bizə məlumat verib və bu istiqamətdə tədqiqat işləri aparmaqda maraqlı olduqlarını bildirib. “Repsol İspan” böyük neft şirkətlərindən biridir və bu şirkət ilə saziş rəsmiləşdirilib".
Onun sözlərinə görə, Gürcüstanda neft hasilatı ilə bağlı Çin şirkəti də maraqlıdır və onlarla da müqavilə imzalanıb.
"Bu şirkətlər ölkədə kor-koranə tədqiqat aparmırlar. Onlar toplanmış materialı öyrənir və təhlil əsasında qərar qəbul edirlər. Ehtimal var ki, onların tədqiqatlarına görə, hələlik neft aşkar olunmayıb, lakin minimum risklər var”, - deyə Tatişvili vurğulayıb.
Gürcüstan Neft və Qaz Korporasiyasının rəhbərinin sözlərinə görə, ölkənin 23 bölgəsində neft ehtiyatlarının hasilatı ilə bağlı müqavilə imzalanıb və rəsmiləşdirilib. Lakin, neft emalı üçün lisenziya üç şirkətə verilib. 2017-ci ildə Gürcüstan 40 min ton neft hasil edib.
Məlumat üçün qeyd edək ki, Gürcüstanda ildə təxminən 2,5 milyard kubmetr qaz, 1,2 milyon ton neft məhsulları istehlak olunur. Gürcüstana karbohidrogenlər (neft və qaz) əsasən Azərbaycan, Rusiya, Rumıniya və Bolqarıstandan gətirilir.
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib