Alp dağlarının İsveçrəyə aid hissəsində "Junkers Ju-52" təyyarəsinin qəzaya uğraması nəticəsində 20 nəfər ölüb.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, təyyarənin göyərtəsində 17 sərnişin və 3 ekipaj üzvü olub. Ölənlər arasında 11 kişi və 9 qadın olduğu bildirilir.
Hadisə yerinə axtarış-xilasetmə dəstələri cəlb olunub.