logo

İnterpollun axtardığı bolqar mafiya lideri İstanbulda həbs edildi

14:43 05-08-2018 | icon 2562
İnterpollun axtardığı bolqar mafiya lideri İstanbulda həbs edildi

İnterpollun qırmızı xətlə axtardığı bolqar mafiyasının lideri Dmitar Zelyazkov Türkiyədə həbs edilib.

YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki,  bolqar mafiya başçısıı həbs edilərkən yanında sevgilisi və 6 nəfər yaxın adamı olub.

Məlumata görə, mafiya başçısının İstanbulda olduğuna dair kəşfiyyat informasiyası əldə edilib. Bundan sonra bəlli olub ki, mafiya başçısı Bakırköydə yerləşən otellərin birində qalır. Polis Dmitar Zelyazkov müşahidə altına alıb və həbs edib.

Dmitar Zelyazkov məhkəməyə çıxarmaq üçün istintaq orqanına aparılıb. Onun sevgilisi və yanında olan 6 nəfər isə Bolqarıstana deportasiya edilib. Deportasiya edilən şəxslərin hamısını Bolqarıstan polisi dərhal həbs edib.