logo

Şimal bölgəsində qar yağıb,temperatur -5°-yə enib

11:11 01-12-2022 | icon 812
Şimal bölgəsində qar yağıb,temperatur -5°-yə enib

Noyabrın 30-u axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarına qar yağıb.

YeniAvropa xəbər verir ki, Qubanın rayon mərkəzində qarın hündürlüyü 1 santimetr, Xaltan və Qrız kəndlərində isə 2 santimetr olub. Xızının Altıağac qəsəbəsində 3, Qusarın rayon mərkəzində isə 1 santimetr hündürlüyündə qar müşahidə edilib.

Bölgədə ən aşağı temperatur ( -5°) Qubanın Qrız kəndində qeydə alınıb.