Avqustun 5-də Venesuela prezidenti Nikolas Maduroya sui-qəsd edilib.
YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, Milli Qvardiyanın yaranmasının 81-ci ildönümünə həsr olunmuş mərasimdə çıxışı zamanı prezident Nikolas Maduronun olduğu tribunaya doğru pilotsuz uçan aparat yönəlib. Lakin polis PUA-nı vaxtında zərərsizləşdirməyə nail olub.
Hadisə nəticəsində Prezident və onun yaxınları xəsarət almayıb. Lakin mərasimin bir neçə iştirakçısı yaralanıb.
Prezident Nikolas Maduro təxliyə edilib və təhlükəsiz yerə aparılıb.