logo

Gələn il Dövlət Neft Fondundan 11,4 milyard manat xərclənəcək

17:37 30-11-2022 | icon 2058
Gələn il Dövlət Neft Fondundan 11,4 milyard manat xərclənəcək

Gələn il Azərbaycan Respublikası Dövlət Neft Fondunun xərclərinin 11 milyard 392,3 milyon manat olacağı nəzərdə tutulub.

 YeniAvropa Azərbaycan Respublikası Hesablama Palatasının rəyinə istinadən xəbər verir ki, qeyd edilən göstərici 2021-ci ilin müvafiq icra göstəricisindən 9,7 milyon manat və ya 0,1 faiz çox, 2022-ci ilin proqnoz göstəricisindən 204,8 milyon manat və ya 1,8 faiz az, gözlənilən icra göstəricisindən isə 994 milyon manat və ya 9,6 faiz çoxdur.