Məşhur Hollivud aktyoru, ssenarist, kinorejissor, musiqiçi, aykido üzrə 7-ci dana sahib olan Stiven Siqal Rusiya XİN-in Rusiya-Amerika arasında humanitar məsələlər üzrə xüsusi nümayəndəsi təyin edilib.
YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki,XİN-in bu addımında məqsəd iki dövlət arasında mədəniyyət, incəsənət, ictimai və gənclər arasında mübadilələr sahəsi də daxil olmaqla humanitar sahədə münasibətlərin daha da inkişafına kömək etməkdir.
Xatırladaq ki, Stiven Siqal ABŞ ilə yanaşı, həm də Rusiya və Serbiya vətəndaşıdır. 2007-ci ildə ilk dəfə Rusiyaya gələn məşhur kinoaktyoru sonradan bu ölkə ilə sıx münasibətdə olub. Rusiya prezidenti Vladimir Putinlə şəxsi dostluq qura bilib.