logo

Azərbaycanda minik avtomobillərinin istehsalı azalıb

13:13 28-11-2022 | icon 1526
Azərbaycanda minik avtomobillərinin istehsalı azalıb

Yanvar-oktyabr aylarında ölkədə 1634 ədəd və ya ötən ilin müvafiq dövrünə nisbətən 264 ədəd az minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 441,2 milyon manatlıq məhsul istehsal edilib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 81,7 faiz, maşın və avadanlıqların istehsalı 45 faiz artıb.