Alimlər Хаynan (Cənubi Çin) adasında gekkonlar növünə aid olan yeni kərtənkələ - ekzotik Sərqi-Asiya euyblefarı aşkar ediblər.
YeniAvropa xəbər verir ki, bu barədə yerli “Sinxua” agentliyi məlumat yayıb.
Heyvan adanın mərkəzi hissəsində dəniz səviyyəsindən 200-300 metr yüksəklikdə meşə ilə örtülü ərazidə tapılıb. Uzunluğu 93-97 millimetrə çatan heyvanın qəhvəyi və qırmızıya çalan dərisində iri qara ləkələr mövcüddur. Yeni növ “Zhoushi Jianhu” adlandırılıb ki, bu da tərcümədə "Çjou sülaləsindən euyblefar" deməkdir.
Dünyada cəmi 17 növdə Şərqi-Asiya euyblefarı mövcuddur. Bu yaxınlara qədər belə hesab edilirdi ki, bunlardan yalnız ikisi (Goniurosaurus hainanensis və Goniurosaurus bawanglingensis) Хаynan adasında yaşayır.