logo

Gələn ilin dövlət büdcəsi 30 milyard manatı ötür

12:52 25-11-2022 | icon 1043
Gələn ilin dövlət büdcəsi 30 milyard manatı ötür

Milli Məclis “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini ikinci oxunuşda təsdiqləyib.

YeniAvropa xəbər verir ki, qanun layihəsi parlamentin noyabrın 25-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Sənədə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 720 700,0 min manat, xərcləri 33 300 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 29 963 720,0 min manat, yerli gəlirləri 756 980,0 min manat, mərkəzləşdirilmiş xərcləri 32 530 714,0 min manat, yerli xərcləri 769 286,0 min manat) məbləğində müəyyən edilir.