Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, qəza Krasnoyarsk ərazisində baş verib. İlkin məlumata görə, hadisə nəticəsində helikopterdə olan 18 nəfərin hamısı ölüb. Onlardan 15-nin sərnişin, 3-nün isə ekipaj üzvü olduğu vurğulanır. Rusiya Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib.
Hadisənin səbəbləri araşdırılır. İlkin ehtimallara görə qəza texniki nasazlıq səbəbindən baş verib.