logo

Tramp Çinə qarşı təzyiqləri davam etdirmək niyyətindədir

22:53 03-08-2018 | icon 2660
Tramp Çinə qarşı təzyiqləri davam etdirmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp ticarət güzəştlərinə nail olmaq üçün Çinə təzyiq göstərməyi davam etdirəcək.

YeniAvropa ”RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu D.Trampın iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlou "Bloomberg"ə müsahibəsində deyib.

"Biz dəfələrlə demişik: heç bir rüsum, heç bir tarif məhdudiyyəti və heç bir subsidiya olmayacaq. Biz ticarət islahatları istəyirik. Lakin Çin bunu etmir. Onların iqtisadiyyatı zəifdir, onların valyutası zəifdir, insanlar ölkəni tərk edir. Prezident Trampın işi sona çatdırmaq üçün göstərdiyi qətiyyətliliyi qiymətləndirməmək olmaz", - deyə Kudlou "Bloomberg" TV-yə müsahibəsində bildirib.("Report")