logo

Rusiya İranla birgə PUA-lar istehsal edəcəyini inkar edir

14:54 21-11-2022 | icon 1596
Rusiya İranla birgə PUA-lar istehsal edəcəyini inkar edir

Rusiya İranla birgə pilotsuz uçuş aparatlarının(PUA) istehsalına başlanacağı xəbərini inkar edib.

YeniAvropa xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualına cavabında bu məsələni xəbəri yayan “The Washington Post” qəzeti ilə dəqiqləşdirməyi məsləhət görüb.

"Rusiya qəzetin bu informasiyanı haradan almasından xəbərsizdir",-deyə Peskov vurğulayıb. .

D.Peskov, həmçinin Rusiya prezidentinin fransalı həmkarı Makronla telefon danışığının gözlənilmədiyini də qeyd edib.

Qeyd edək ki, "G20" sammitindən sonra E.Makron Rusiya dövlətinin başçısı ilə telefonla danışacağını bildirmişdi.