İstanbul boğazını keçərkən Yunanıstan dövlət bayrağı altına üzən “Nissos Therassia” adlı tankerdə nasazlıq yaranıb.
YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, 252 metr uzunluğu olan xam neft daşıyan gəminin idarə olunmaz hala düşməməsi üçün əraziyə xilasedici gəmilər cəlb olunub. Tankerin qoşqu ilə Mərmərə dənizinə çəkilməsi üçün 3 saata yaxın vaxt keçib. Bu müddətdə boğaz tranzit gəmilərin hərəkəti üçün bağlı olub.