logo

Mövlud Çavuşoğlu Sinqapurda Maykl Pompeo ilə Suriyanı müzakirə edib

09:31 03-08-2018 | icon 2415
Mövlud Çavuşoğlu Sinqapurda Maykl Pompeo ilə Suriyanı müzakirə edib

İki ölkə arasındakı sanksiya qalmaqlından sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu  Sinqapurda keçirilən ASEAN-a üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı çərçivəsində ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə ilk dəfə görüşüb. 

YeniAvropa  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, diplomatlar Suriyadakı vəziyyəti, Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini, ABŞ istehasalı olan “F-35” döyüş təyyarələrinin 5-ci nəslinin Türkiyəyə tədarük olunmasını, eləcə də amerikalı keşiş Endryu Bransonun mühakiməsini müzakirə ediblər.

Xəbərdə qeyd edilr ki, son 15 gün ərzində Çavuşoğlu ilə Pompeo 4 dəfə telefonla danışıb. Tərəflər arasında sonuncu dəfə avqustun 1-də Maykl Pompeonun təşəbbüsü ilə telefon danışığı olub.

Qeyd edək ki, ABŞ 2016-cı il iyulun15-də Türkiyədə dövlət çevirlişində iştirakda şübhəli bilinən Endryu Bransona görə Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiya tətbiq edib.