İcbari tibbi sığorta çərçivəsində maaşlar 3 dəfə artıb-Nazir
“Azərbaycanda icbari tibbi sığortanın əhatə etdiyi dövlət xəstəxanalarında kifayət qədər yüksək əməkhaqqı verilir. Əvvəlki vaxtla müqayisədə səhiyyədə maaşlar 3 dəfə artıb".
YeniAvropa xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsində maliyyə naziri Samir Şərifov bildirib.
“İcbari tibbi sığorta ilə əhatəlilik məsələsində Maliyyə Nazirliyinin xüsusi fikri yoxdur. Bu, daha çox sahəvi problemdir və hesab edirəm ki, aidiyyəti dövlət qurumları bu istiqamətdə hansısa ideyalar versə, onların maliyyə təminatı məsələlərinə biz şübhəsiz ki, baxıb təkliflərimizi təqdim edəcəyik. Amma yəqin ki, növbəti ilə təqdim olunan büdcə layihəsində bunları etmək qeyri-mümkün olacaq. Mən xahiş edərdim ki, mövcud səhiyyə xərcləri çərçivəsində nə etmək mümkündürsə, bu formada baxaq”, - deyə nazir bildirib.
Samir Şərifov özəl tibb müəssisələrində əmək haqlarının dövlət tibb müəssisələri ilə müqayisədə yüksək olmasına da münasibət bildirib: "Buradakı fərq əsasən gəlir vergisi ilə bağlıdır. Bildiyiniz kimi, Vergi Məcəlləsinə 2026-cı ilə qədər qüvvədə olacaq bir dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, dövlət sektorunda və neft sektorunda çalışanların əməkhaqqı ənənəvi şəkildə gəlir vergisinə cəlb olunur. Qeyri-dövlət sektorunda və qeyri-neft sektorunda çalışanların əməkhaqqının 8 000 manata qədər olan hissəsi isə gəlir vergisinə cəlb olunmur. Ona görə də burada müəyyən fərq yaranıb. Biz qəbul edilmiş qərara hörmətlə yanaşmalıyıq. 7 illik güzəşt verilib və məqsəd o idi ki, özəl sektor əməkhaqqını tam bəyan etsin. Yəni bu məsələlərdə daha çox şəffaflıq olsun və nəticə etibarı ilə vergitutma bazamız yüksəlsin”
Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir
Xankəndi şəhər prokurorluğu yaradılır
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Sabah Bakıda arabir yağış yağacaq, 21° isti olacaq
Sarayda keyfiyyətsiz yuyucu toz və şampun hazırlayan gizli sex aşkarlanıb
Bir sıra banklara aid konfidensial məlumatlara giriş ödənişsizdir
Faktiki hava: Bəzi yerlərə yağış, "Şahdağ"a isə qar yağıb
Avropa Kuboku:Qrup hərəkətləri komandamız III yeri tutub
FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kuboku davam edir
Azərbaycan nefti 85,27 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb
Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb
“Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!
Avropa Komissiyası Gürcüstana xəbərdarlıq etdi
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb
Əfv Komissiyasının bu günə planlaşdırılan iclası təxirə salınıb
Parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verildi
"Bakcell" çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi
Xəbərdarlıq:Şimşək çaxacaq,dolu düşəcək,temperatur 8° aşağı enəcək
Noyabrda parlament seçkiləri olmalıdır-Məzahir Pənahov
Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
II Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək