logo

“YAŞAT” Fondu indiyədək 177 qazini Türkiyəyə  müalicəyə göndərilib

11:33 10-11-2022 | icon 1113
“YAŞAT” Fondu indiyədək 177 qazini Türkiyəyə  müalicəyə göndərilib

Bu günə qədər 177 qazi “YAŞAT” Fondu tərəfindən müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 157-nin müalicə proseduru uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.