logo

Yevlaxda dəhşətli avtoqəza: Gözəllik salonuna gedən gəlin kanala düşüb öldü

14:54 07-11-2022 | icon 6762
Yevlaxda dəhşətli avtoqəza: Gözəllik salonuna gedən gəlin kanala düşüb öldü

Yevlaxda avtomobilin aşaraq su kanalına düşməsi nəticəsində üç nəfər ölüb.

YeniAvropa xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, noyabrın 7-də səhər saatlarında rayonun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi "BMW" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb.

Nəticədə avtomobil Qarabağ su kanalına düşüb. Avtomobilin içərisində olan 1991-ci il təvəllüdlü Qasımov Famil Abbasov oğlu ,  Hüseynova Nuranə Hümbət qızı və qohumu Günay Hüseynova dünyasını dəyişib. Digər sərnişinlərdən Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib.

Məlumata görə, avtomobil bu gün toyu olacaq 18 yaşlı Nuranə Hüseynovanı gözəllik salonuna aparırkən qəzaya düşüb.

Faktla bağlı araşdırmalara başlanılıb.