logo

Qubada silah-sursat aşkarlanıb

13:57 07-11-2022 | icon 1603
Qubada silah-sursat aşkarlanıb

Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Qəçrəş kəndi ərazisində silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan YeniAvropa-ya bildirilib ki,Qudyalçay çayının sol sahilindən 1 ədəd əl qumbarası, 1 ədəd ov tüfəngi və 10 ədəd boş tüfəng gilizləri aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.