logo

Azərbaycanda daha 51 nəfər koronavirusa yoluxub,3 nəfər ölüb

16:56 02-11-2022 | icon 2744
Azərbaycanda daha 51 nəfər koronavirusa yoluxub,3 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 51 yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 min 369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 117 nəfər müalicə olunaraq sağalıb, 9 min 951 nəfər vəfat edib. Aktiv xəstə sayı 301 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 188, bu günə qədər isə ümumilikdə 7 milyon 325 min 464 test icra olunub